Geri

02 yanvar 2019-cu il saat 19:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.
Geri

02 yanvar 2019-cu il saat 19:00-dək:

Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının fasadında elektrik kabeli 3 p.m yanmışdır. Bina yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Geri

02 yanvar 2019-cu il saat 13:45-dək:

Göygöl rayonunun Sarısu kəndində ümumi sahəsi 32 m² olan tövlənin çardağı 7 m² sahədə və içərisinə yığılmış 6 ton ot bağlamasının 1 tonu  yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Geri

02 yanvar 2019-cu il saat 09:00-dək:

Cəlilabad rayonunun Edişə kəndində ümumi sahəsi 145 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 2 otağının, aynabəndinin və dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə yanmışdır. Evin və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Masallı rayonunun Xırmandalı kəndində ümumi sahəsi 75 m² olan mağazanın yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının döşəməsi 0,5 m² sahədə və digər otaqlarında ev əşyaları qismən yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Quba rayonunun İkinci Nügədi kəndində ümumi sahəsi 30 m² olan birmərtəbəli 1 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları, evə bitişik ümumi sahəsi 50 m² olan tikilinin (avtomobil təmiri sexi kimi fəaliyyət göstərir) lambirdən ibarət tavanı 15 m² sahədə yanmışdır. Tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

02 yanvar 2019-cu il saat 08:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda ikisi azyaşlı olmaqla 5 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır;

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.