Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 110 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 45 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;
Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli tikilinin (kafe kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 60 m² sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;
Göyçay rayonunun Potu kəndində ümumi sahəsi 900 m² olan tikilinin (ferma kimi fəaliyyət göstərir) dam örtüyünün yanar konstruksiyaları 200 m² sahədə və içərisinə yığılmış 9 ton ot bağlaması yanmışdır. Tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi və Xətai rayonlarında 4 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanlarına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyatlar başa çatmışdır;
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhərinin Nizami rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.
Samux rayonunun Qovlarsarı kəndində ümumi sahəsi 266 m² olan birmərtəbəli 11 otaqlı evin 2 otağının və mətbəxinin yanar konstruksiyaları 66 m² sahədə, 6 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 170 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
19.01.2019-cu il tarixində Qarabağ kanalının Beyləqan rayonu, 2-ci Aşıqlı kəndindən keçən hissəsində 1 nəfər özünü suya ataraq intihara cəhd etmişdir. Yaxın ərazidən keçən Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının zabiti kapitan Qasımov Ramin Rəhman oğlu dərhal suya atılaraq vətəndaşı xilas etmiş və onu şəxsi avtomobili ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil vermişdir.
Imişli rayonunun Əliqulular kəndində "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.