Samux rayonunun Qovlarsarı kəndində ümumi sahəsi 266 m² olan birmərtəbəli 11 otaqlı evin 2 otağının və mətbəxinin yanar konstruksiyaları 66 m² sahədə, 6 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 170 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
19.01.2019-cu il tarixində Qarabağ kanalının Beyləqan rayonu, 2-ci Aşıqlı kəndindən keçən hissəsində 1 nəfər özünü suya ataraq intihara cəhd etmişdir. Yaxın ərazidən keçən Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının zabiti kapitan Qasımov Ramin Rəhman oğlu dərhal suya atılaraq vətəndaşı xilas etmiş və onu şəxsi avtomobili ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil vermişdir.
Imişli rayonunun Əliqulular kəndində "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.