Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 180 m² olan birmərtəbəli 6 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və əşyaları 12 m² sahədə, dam örtüyü 20 m² sahədə yanmışdır. Yüksək temperaturdan evin dəhlizinin lambirindən ibarət tavanı 10 m² sahədə ərimişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Ucar rayonunun Rəstəcə kəndində ümumi sahəsi 400 m² (hər mərtəbəsi 200 m²) olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində yerləşən mətbəxin yanar konstruksiyaları və dam örtüyü 10 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;
Ağstafa rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrikinin yanar hissələri və salonunun üzlük hissəsi qismən yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır;
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 2 nəfər giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.
Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 50 m² olan taxtadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 10 m² sahədə və ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyü 2 m² sahədə yanmışdır. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;
Yardımlı rayonunun Ünəç kəndində ümumi sahəsi 100 m² olan köməkçi tikilinin çardağının yanar konstruksiyaları və tikiliyə bitişik, ümumi sahəsi 80 m² olan talvarın altına yığılmış 8 ton ot bağlamasının 5 tonu yanmışdır. Tikilinin, ot bağlamasının qalan hissəsi və talvar yanğından mühafizə olunmuşdur.
Sumqayıt şəhərində ümumi sahəsi 40 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları 15 m² sahədə yanmışdır. Yüksək temperaturdan hamam otağının lambirindən ibarət tavanı 6 m² sahədə ərimişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.