Geri

17 yanvar 2019-cu il saat 22:45-dək:

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 140 m² olan ikimərtəbəli binanın (1-ci mərtəbəsi yağdəyişmə sexi, 2-ci mərtəbəsi ofis kimi fəaliyyət göstərir) 1-ci mərtəbəsinin yanar konstruksiyaları 70 m² sahədə, orada olan “ZAZ” markalı minik avtomobilinin yanar hissələri və binanın plastik üzlüyü 30 m² sahədə yanmışdır. Yanğın zamanı bitişik, ümumi sahəsi 110 m² olan avtomobil ehtiyat hissələrinin satışı mağazasının plastik üzlüyü 20 m² sahədə və 1 ədəd məişət avadanlığı yanmışdır. Binanın və mağazanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Tovuz rayonunun İbrahimhacılı kəndində həyətyanı sahəyə yığılmış 8 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

17 yanvar 2019-cu il saat 20:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.​

Geri

17 yanvar 2019-cu il saat 20:00-dək:

Şəmkir rayonunun Dəllər Cəyir kəndində ümumi sahəsi 20 m2 olan taxtadan ibarət köşkün yanar konstruksiyaları və içərisindəki əşyalar yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

17 yanvar 2019-cu il saat 17:45-dək:

Sumqayıt şəhərində ümumi sahəsi 20 m² olan köməkçi tikilinin içərisində 1 ədəd məişət avadanlığı, istifadəyə yararsız ev əşyaları və dam örtüyünün yanar konstruksiyaları 3 m² sahədə yanmışdır. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

17 yanvar 2019-cu il saat 17:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.​

Geri

17 yanvar 2019-cu il saat 15:30-dək:

Şəmkir rayonunun Aşağı Seyfəli kəndində ümumi sahəsi 50 m² olan talvarın yanar konstruksiyaları 4 m² sahədə və altına yığılmış 10 ton ot bağlamasının 5 tonu yanmışdır. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

17 yanvar 2019-cu il saat 12:45-dək:

İmişli rayonunun Yalavac kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli 5 otaqlı evin 1 otağında ev əşyaları 20 m² sahədə qismən yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

17 yanvar 2019-cu il saat 11:30-dək:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 20 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

17 yanvar 2019-cu il saat 08:00-dək:

Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 25 m² olan qarajın içərisində “VAZ” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanmışdır. Avtomobilin qalan hissəsi və qaraj yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 62 m² olan 3 otaqlı mənzilin mətbəxində 8 m² sahədə mebel və 3 ədəd məişət avadanlığı yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Tovuz rayonunun Əlibəyli kəndində ümumi sahəsi 70 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə və içərisinə yığılmış 10 ton ot bağlamasının 4 tonu yanmışdır. Köməkçi tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Gədəbəy rayonunun Novosaratovka kəndində ümumi sahəsi 20 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Tövlənin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.