Geri

17 yanvar 2019-cu il saat 15:30-dək:

Şəmkir rayonunun Aşağı Seyfəli kəndində ümumi sahəsi 50 m² olan talvarın yanar konstruksiyaları 4 m² sahədə və altına yığılmış 10 ton ot bağlamasının 5 tonu yanmışdır. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

17 yanvar 2019-cu il saat 12:45-dək:

İmişli rayonunun Yalavac kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli 5 otaqlı evin 1 otağında ev əşyaları 20 m² sahədə qismən yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

17 yanvar 2019-cu il saat 11:30-dək:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 20 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

17 yanvar 2019-cu il saat 08:00-dək:

Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 25 m² olan qarajın içərisində “VAZ” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanmışdır. Avtomobilin qalan hissəsi və qaraj yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 62 m² olan 3 otaqlı mənzilin mətbəxində 8 m² sahədə mebel və 3 ədəd məişət avadanlığı yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Tovuz rayonunun Əlibəyli kəndində ümumi sahəsi 70 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə və içərisinə yığılmış 10 ton ot bağlamasının 4 tonu yanmışdır. Köməkçi tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Gədəbəy rayonunun Novosaratovka kəndində ümumi sahəsi 20 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Tövlənin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.