Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində ümumi sahəsi 280 m² olan tikilinin (ferma kimi fəaliyyət göstərir) taxtadan ibarət arakəsmə divarları 90 m² sahədə və 40 m² sahəyə səpilmiş saman yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;
Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində həyətyanı sahəyə yığılmış 10 ton ot bağlamasının 7 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;
Salyan rayonunda "QAZ" markalı minik avtomobilinin idarəetmə lövhəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Abşeron rayonunda ümumi sahəsi 250 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində 1 ədəd məişət avadanlığı, işıq generatoru və 10 p.m kabel yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;
Abşeron rayonunun Novxanı kəndində 1500 m² sahədə qamışlıq yanmışdır. Yüksək temperaturdan yaxınlıqda yerləşən yaşayış evinin xarici divarında quraşdırılmış kondisioner və plastikdən ibarət kommunikasiya xətləri 3 p.m ərimişdir. Yaşayış evi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;
Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 80 m² olan 3 otaqlı mənzilin mətbəxində 9 m² sahədə mebel və 3 ədəd məişət avadanlığı yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;
Zərdab rayonunun Qoşaoba kəndində ümumi sahəsi 120 m² olan tövlənin yanar konstruksiyaları, damına və içərisinə yığılmış 10 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;
Tərtər rayonunun Bəyimsarov kəndində həyətyanı sahəyə yığılmış 3 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.
Göyçay rayonunun Bığır kəndində ümumi sahəsi 54 m² olan birmərtəbəli 1 otaq və eyvandan ibarət evin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;
Lənkəran rayonunun Xarxatan kəndində ümumi sahəsi 40 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və damına yığılmış 2 ton ot bağlamasının 800 kiloqramı yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Bakı şəhərinin Nərimanov rayonunda ikimərtəbəli tikilinin (anbar kimi fəaliyyət göstərir) ərazisində kağız tullantıları 4 m² sahədə və yaxınlıqda dayanmış “Ford” markalı yük avtomobilinin ön hissəsi və iki təkəri yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 60 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.