Geri

16 yanvar 2019-cu il saat 18:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

16 yanvar 2019-cu il saat 18:00-dək:

Göyçay rayonunun Bığır kəndində ümumi sahəsi 54 m² olan birmərtəbəli 1 otaq və eyvandan ibarət evin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Lənkəran rayonunun Xarxatan kəndində ümumi sahəsi 40 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və damına yığılmış 2 ton ot bağlamasının 800 kiloqramı yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

16 yanvar 2019-cu il saat 08:30-dək:

Bakı şəhərinin Nərimanov rayonunda ikimərtəbəli tikilinin (anbar kimi fəaliyyət göstərir) ərazisində kağız tullantıları 4 m² sahədə  və yaxınlıqda dayanmış “Ford” markalı yük avtomobilinin ön hissəsi və iki təkəri yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 60 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.​

Geri

16 yanvar 2019-cu il saat 04:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.​