Geri

15 yanvar 2019-cu il saat 19:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda təmir işləri zamanı 1 nəfərin hündürlükdən yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunmuşdur ki, binanın 2-ci mərtəbəsindən yıxılan 1994-cü il təvəllüdlü Əsgərov Seymur Ədalət oğlu iki bina arasındakı boşluğa düşmüş və xəsarət almışdır. Mürəkkəb şəraitdə həyata keçirilən xilasetmə tədbirləri nəticəsində S.Əsgərovun binaların arasındakı boşluqdan çıxarılması mümkün olmuşdur. Xilas olunan şəxs hadisə yerinə çağırılmış Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilmişdir. İlkin müayinə zamanı Seymur Əsgərovun huşsuz vəziyyətdə olduğu müəyyən olunmuşdur. Əməliyyat başa çatmışdır;

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və vətəndaşları halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.​

Geri

15 yanvar 2019-cu il saat 13:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.​

Geri

15 yanvar 2019-cu il saat 12:00-dək:

Kürdəmir rayonunun Muradxan kəndində ümumi sahəsi 91 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.​

Geri

15 yanvar 2019-cu il saat 08:45-dək:

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 600 m² olan dördmərtəbəli 12 otaqlı evin 1-ci mərtəbəsində yerləşən hamam otağının taxtadan ibarət üzlüyü 3 m² sahədə yanmış, yüksək temperaturdan sanitar qovşağının lambirindən ibarət tavanı 3 m² sahədə və evin giriş hissəsində 2 ədəd məişət avadanlığı ərimişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Samux rayonunda ümumi sahəsi 270 m² olan tikilinin (ferma kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Bərdə rayonunun Bala Ərəblər kəndində ümumi sahəsi 35 m2 olan köməkçi tikilinin dam örtüyünün taxta atmaları 17 m2 sahədə və içərisində 1 ədəd məişət avadanlığı yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.​

Geri

15 yanvar 2019-cu il saat 03:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açmış və orada aşkarlanan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.