Geri

14 yanvar 2019-cu il saat 22:45-dək:

Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 80 m2 olan mağazanın lambirindən ibarət tavanı 16 m² sahədə və içərisindəki əşyalar 2 m² sahədə yanmışdır. Mağazanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Samux rayonunun Füzuli kəndində ümumi sahəsi 90 m² olan talvarın üzərinə çəkilmiş polietilen örtük və yaxınlıqda yığılmış 30 ton ot bağlamasının 14 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

14 yanvar 2019-cu il saat 20:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı və Nəsimi rayonlarında 6 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanlarına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

14 yanvar 2019-cu il saat 17:15-dək:

Goranboy rayonunun Həmənli kəndində ümumi sahəsi 95 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağında ev əşyaları 24 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

14 yanvar 2019-cu il saat 14:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

14 yanvar 2019-cu il saat 14:00-dək:

Siyəzən rayonunda "Ford" markalı minik avtomobilinin mühərrik hissəsi və ön təkərləri yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

14 yanvar 2019-cu il saat 08:00-dək:

Sumqayıt şəhərində ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yanğın zamanı 1 nəfər xəsarət almışdır. Yaxınlıqdakı evlər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonunun Bala Kəhrizli kəndində ümumi sahəsi 420 m² olan talvarın altına yığılmış 20 ton ot bağlamasının 10 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və talvar yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.