Goranboy rayonunun Həmənli kəndində ümumi sahəsi 95 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağında ev əşyaları 24 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.
Siyəzən rayonunda "Ford" markalı minik avtomobilinin mühərrik hissəsi və ön təkərləri yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Sumqayıt şəhərində ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yanğın zamanı 1 nəfər xəsarət almışdır. Yaxınlıqdakı evlər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;
Ağcabədi rayonunun Bala Kəhrizli kəndində ümumi sahəsi 420 m² olan talvarın altına yığılmış 20 ton ot bağlamasının 10 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və talvar yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.