Geri

14 yanvar 2019-cu il saat 08:00-dək:

Sumqayıt şəhərində ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yanğın zamanı 1 nəfər xəsarət almışdır. Yaxınlıqdakı evlər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonunun Bala Kəhrizli kəndində ümumi sahəsi 420 m² olan talvarın altına yığılmış 20 ton ot bağlamasının 10 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və talvar yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.