Bərdə rayonunda ümumi sahəsi 160 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin aynabəndinin lambirindən ibarət tavanı 20 m² sahədə, hamam otağının qapısı və pəncərə çərçivəsi yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;
Sabirabad rayonunun Qalağayın kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının döşəməsi 3 m² sahədə və içərisində 1 ədəd divan yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;
Tovuz rayonunun Cəlilli kəndində ümumi sahəsi 60 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə və damına yığılmış 1,5 ton ot bağlamasının 500 kiloqramı yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Bakı şəhərinin Qaradağ rayonunda “Daewoo” markalı minik avtomobili və "KamAZ" markalı yük avtomobili toqquşmuşdur. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü 1957-ci il təvəllüdlü Qəniyev İsrail Əvəz oğlunun və 1 nəfər sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.
Quba rayonunda ikimərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 200 m² olan dülgər sexinin tavanı və içərisindəki 4 ədəd dəzgahın taxta üzlüyü yanmışdır. Sexin, binanın qalan hissəsi və 1 ədəd dəzgah yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.
Göyçay rayonunun Ləkçılpaq kəndində ümumi sahəsi 90 m² olan tövlənin çardağının yanar konstruksiyaları 40 m² sahədə və çardağına yığılmış 2 ton ot bağlaması yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.