Geri

13 yanvar 2019-cu il saat 15:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

13 yanvar 2019-cu il saat 13:15-dək:

Quba rayonunda ikimərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 200 m² olan dülgər sexinin tavanı və içərisindəki 4 ədəd dəzgahın taxta üzlüyü yanmışdır. Sexin, binanın qalan hissəsi və 1 ədəd dəzgah yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

13 yanvar 2019-cu il saat 12:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

13 yanvar 2019-cu il saat 08:30-dək:

Göyçay rayonunun Ləkçılpaq kəndində ümumi sahəsi 90 m² olan tövlənin çardağının yanar konstruksiyaları 40 m² sahədə və çardağına yığılmış 2 ton ot bağlaması yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.