Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.
Xızı rayonunda ümumi sahəsi 50 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Saatlı rayonunun Fətəlikənd kəndində həyətyanı sahəyə yığılmış 13 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.
Xaçmaz rayonunda ümumi sahəsi 350 m2 olan tikilinin (mebel sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları, içərisində olan mebel məmulatları, 6 ədəd dəzgah, 2 ədəd mühərrik və 2 ədəd boya aparatı yanmışdır. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;
Bərdə rayonunda ümumi sahəsi 80 m2 olan 4 otaqlı evin mətbəxinin lambirdən ibarət tavanı 10 m2 sahədə və 1 ədəd məişət avadanlığı yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər kişi dördmərtəbəli tikilinin damına çıxaraq intihar etmək istəyini nümayiş etdirmişdir. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülmüşdür. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınmışdır. Əməliyyat başa çatmışdır.