Geri

Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazidə aparılan axtarışlara dair məlumat

Böhran Vəziyyətlərinə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazidə davam edən axtarışlar zamanı 21 iyul 2018-ci il tarixində axtarışların aparıldığı ərazidə naməlum şəraitdə itkin düşmüş 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən aşkar olunmuşdur. Hazırda Q.İbrahimovun meyitinin dağdan endirilməsi üzrə tədbirlər davam etdirilir. 

Yüksək, çətin keçilən mürəkkəb relyefli ərazidə aparılan axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi, kinoloqları və xüsusi təlim keçmiş itləri, Aviasiya dəstəsinin "Mi-17" helikopteri, Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti və helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları, yerli sakinlərdən ibarət könüllülər cəlb olunmuşdur. 

Əlavə məlumat veriləcək.
Geri

26 iyul 2018-ci il saat 14:00-dək:

Ağcabədi rayonunun Hüsülü kəndində ümumi sahəsi 132 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 116 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

26 iyul 2018-ci il saat 09:00-dək:

Sabirabad rayonunun Ulacalı kəndində ümumi sahəsi 84 m2 olan taxta konstruksiyalardan ibarət nasosxana, içərisində quraşdırılmış su nasosu və elektrik kabelləri yanmışdır. Yaxınlıqdakı digər nasosxana yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Bərdə rayonunun Qasımbəyli kəndində transformatorun yanar hissələri və ətrafda 10 m2 sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı sex yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

26 iyul 2018-ci il saat 08:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

26 iyul 2018-ci il saat 01:00-dək:

Bakı şəhərinin Pirallahı rayonunda ümumi sahəsi 45 m² olan 3 otaqlı evin 1 otağında ev əşyaları 5 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Şəmkir rayonunun Təzəkənd kəndində ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Bitişik ev yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

İmişli rayonunda ümumi sahəsi 126 m² olan (tikintisi başa çatmamış) birmərtəbəli evin 1 otağının qamışdan ibarət tavanı 48 m² sahədə və içərisində olan ev əşyaları qismən yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.