Geri

16 iyul 2018-ci il saat 07:45-dək:

Quba rayonunun Qacar Zeyid kəndində ümumi sahəsi 150 m² olan qarajın yanar konstruksiyaları, içərisində qoşqu, taxta taralar, yaxınlıqdakı ümumi sahəsi 21 m² olan tövlə və ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları, altına yığılmış taxta taralar yanmışdır. Bitişik ev yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

16 iyul 2018-ci il saat 02:30-dək;

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi və Səbail rayonlarında 3 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Hörmətlə,
Geri

16 iyul 2018-ci il saat 01:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Lənkəran şəhərində ayrı-ayrı ünvanlarda 3 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzillərin qapısını açmış və halsız vəziyyətdə aşkar edilmiş vətəndaşları aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

16 iyul 2018-ci il saat 00:10-dək:

Qəbələ rayonunda dördmərtəbəli yataqxana binasının pilləkən qəfəsinin 1-ci mərtəbəsində quraşdırılmış 6 ədəd elektrik sayğacı yanmışdır. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.