Geri

15 iyul 2018-ci il saat 23:15-dək:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 450 m² olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 50 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonunun Mehrablı kəndində ümumi sahəsi 200 m² olan taxta konstruksiyalardan ibarət tövlə 150 m² sahədə və yaxınlıqdakı əraziyə yığılmış 80 ton ot bağlaması yanmışdır. Yaxınlıdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

15 iyul 2018-ci il saat 22:15-dək;

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 2 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və halsız vəziyyətdə aşkar edilmiş vətəndaşları aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

15 iyul 2018-ci il saat 22:00-dək;

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mərdəkan, Bakı-bulvar, Türkan, Mingəçevir, Bilgəh, Corat, Zağulba-3 sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 11 nəfər xilas olunmuşdur.

Geri

15 iyul 2018-ci il saat 20:00-dək:

Yardımlı rayonunun Ostayır kəndində quru ot, kol-kos və ağaclar 5 ha sahədə yanmışdır. Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Masallı rayonunun Sığdaş kəndində 67 ha kol-kos və ağaclar yanmışdır. Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

15 iyul 2018-ci il saat 17:50-dək:

Xaçmaz rayonunda ümumi sahəsi 100 m² olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin 1-ci mərtəbəsində 1 otağının yanar konstruksiyaları 24 m² sahədə, mətbəxin, dəhlizin tavanı 27 m² sahədə və 1 ədəd məişət avadanlığı yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

15 iyul 2018-ci il saat 17:30-dək:

Goranboy rayonunun Veyisli kəndində ümumi sahəsi 225 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 125 m² sahədə və 1 otağa yığılmış 4 ton ot bağlamasının 2 tonu yanmışdır. Evin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

15 iyul 2018-ci il saat 17:15-dək;

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açmış və orada aşkarlanan 1942-ci il təvəllüdlü Əliyev Ələmdar Ələkbər oğlunun cəsədini aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

15 iyul 2018-ci il saat 16:45-dək:

14 iyul 2018-ci il tarixində Xaçmaz rayonunun Nabran kəndində dənizdə batmış 1996-cı il təvəllüdlü Hacıyev Samir Əkbər oğlunun axtarışları başa çatmışdır. S.Hacıyevin cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir.

Geri

15 iyul 2018-ci il saat 15:30-dək:

Abşeron rayonu, Xırdalan şəhərində ticarət mərkəzinin ərazisində yerləşən mağazanın alkopandan ibarət üzlüyü 340 m² sahədə və qapısı yanmışdır. Yanğın zamanı 2 nəfər yüngül yanıq xəsarəti almışdır. Mağazanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

15 iyul 2018-ci il saat 12:30-dək:

Bakı şəhərinin Suraxanı rayonunda 10 m² sahədə quru ot və ümumi sahəsi 10 m² olan taxta konstruksiyalardan ibarət köməkçi tikili yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Quba rayonunun Vəlvələ kəndində 3,7 ha biçilməmiş taxıl sahəsi, 1 ha kol-kos və 150 ədəd meyvə ağacı qismən yanmışdır. Yaxınlıqdakı əkin sahələri və meyvə bağları yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

15 iyul 2018-ci il saat 09:00-dək:

Ağcabədi rayonunun Hindarx qəsəbəsində həyətyanı sahəyə yığılmış 5 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

15 iyul 2018-ci il saat 08:45-dək;

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Zağulba-3 və Qızılqum sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 5 nəfər xilas olunmuşdur.

Geri

15 iyul 2018-ci il saat 08:30-dək:

Lerik rayonunda ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Ağdaş rayonunda ümumi sahəsi 24 m² olan yardımçı tikilinin yanar konstruksiyaları və ətrafında 200 m² sahədə quru ot yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

15 iyul 2018-ci il saat 02:45-dək;

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 5 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.