Bakı şəhərinin Suraxanı rayonunda 10 m² sahədə quru ot və ümumi sahəsi 10 m² olan taxta konstruksiyalardan ibarət köməkçi tikili yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;
Quba rayonunun Vəlvələ kəndində 3,7 ha biçilməmiş taxıl sahəsi, 1 ha kol-kos və 150 ədəd meyvə ağacı qismən yanmışdır. Yaxınlıqdakı əkin sahələri və meyvə bağları yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.
Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Zağulba-3 və Qızılqum sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 5 nəfər xilas olunmuşdur.
Lerik rayonunda ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;
Ağdaş rayonunda ümumi sahəsi 24 m² olan yardımçı tikilinin yanar konstruksiyaları və ətrafında 200 m² sahədə quru ot yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 5 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.