Geri

30 aprel 2018-ci il saat 08:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.
Geri

30 aprel 2018-ci il saat 07:00-dək:

Masallı rayonu, Köçəkli kəndində ümumi sahəsi 100 m² olan talvarın yanar konstruksiyaları 60 m² sahədə və talvarın altına yığılmış 7 ton ot bağlamasının 3 tonu yanmışdır. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı kürsülü evin mətbəxinin lambirdən ibarət tavanı 12 m2 sahədə, məişət texnikası və mətbəx mebeli qismən yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

30 aprel 2018-ci il saat 00:00-dək:

Bakı şəhəri, Yasamal rayonunda 9 mərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 8 ədəd elektrik sayğacı, 8 ədəd elektrik açarı və 2 p.m elektrik kabeli yanmışdır. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.​