Masallı rayonu, Köçəkli kəndində ümumi sahəsi 100 m² olan talvarın yanar konstruksiyaları 60 m² sahədə və talvarın altına yığılmış 7 ton ot bağlamasının 3 tonu yanmışdır. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı kürsülü evin mətbəxinin lambirdən ibarət tavanı 12 m2 sahədə, məişət texnikası və mətbəx mebeli qismən yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Yasamal rayonunda 9 mərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 8 ədəd elektrik sayğacı, 8 ədəd elektrik açarı və 2 p.m elektrik kabeli yanmışdır. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.