Geri

18 aprel 2018-ci il saat 12:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində dənizdə naməlum kişi cəsədi aşkar edilmişdir. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Cəsəd sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat başa çatmışdır. ​
Geri

18 aprel 2018-ci il saat 12:15-dək:

Qax rayonu, Marsan kəndində ümumi sahəsi 63 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 6 m2 sahədə və damına yığılmış 450 kiloqram ot bağlaması yanmışdır. Tövlənin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.
Geri

18 aprel 2018-ci il saat 12:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.​
Geri

18 aprel 2018-ci il saat 08:00-dək:

Aprelin 17-də axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qazax rayonu, Abbasbəyli kəndi ərazisində yerləşən Göyəzən dağında 2 nəfər köməksiz vəziyyətdə qalmışdır. Yerin çətinkeçilən qayalıq ərazi və sutkanın qaranlıq vaxtı (gecə saatları) olduğunu nəzərə alaraq Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi axtarış-xilasetmə işlərinə cəlb olunmuşdur. Bir neçə saat davam edən axtarış işləri nəticəsində hər iki vətəndaşın yeri müəyyən olunmuşdur. Xilasedicilər köməksiz vəziyyətdə qalmış 1997-ci il təvəllüdlü Mirzəyev Qasım İbrahim oğlu və 1999-cu il təvəllüdlü Qocayev Cəfər Arzu oğlu ilə müvafiq psixoloji söhbətlər aparmış, daha sonra ikisi də, təxminən 150 metr hündürlükdən endirilərək hadisə yerində olan həkim briqadasına təhvil verilmişdir. Əməliyyat uğurla başa çatmışdır.​
Geri

18 aprel 2018-ci il saat 04:00-dək:

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 170 m2 olan, bir dam altında tikilmiş qaraj və 6 otaqlı evin yanar konstruksiyaları 78 m2 sahədə, qarajın içərisində olan “VAZ” markalı avtomobilin yanar hissələri yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda "Daewoo" markalı minik avtomobilinin mühərriki və qabaq oturacaqları yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda "BMW" markalı minik avtomobilinin salonunun yanar hissələri və yük hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafızə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.​

Geri

18 aprel 2018-ci il saat 00:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad rayonu ərazisində "QAZel" markalı mikroavtobus və yük avtomobilinin toqquşması barədə məlumat daxil olmuşdur. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə zamanı xəsarət alan və avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat başa çatmışdır.​