Geri

29 mart 2018-ci il saat 15:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunun Maşıoba kəndi ərazisində “AzSamand“ markalı minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri avtomobildə olan 3 nəfərə müvafiq köməklik göstərmişlər. Əməliyyat başa çatmışdır.

Geri

29 mart 2018-ci il saat 14:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.
Geri

29 mart 2018-ci il saat 13:45-dək:

Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 48 m2 olan birmərtəbəli 2 otaqlı ev (taxta konstruksiyalardan ibarət) və ona bitişik, ümumi sahəsi 89 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağı 18 m2 sahədə yanmışdır. Evin qalan hissəsi və bitişik digər evlər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.​

Geri

29 mart 2018-ci il saat 13:00-dək:

Bəzi kütləvi informasiya vasitələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 10 ünvanında yanğın olması barədə məlumat yayılmışdır. 

Fövqəladə Hallar Nazirliyi bildirir ki, yayılan məlumatlar həqiqəti əks  etdirmir. Fövqəladə Hallar Nazirliyinə qeyd olunan ünvanda yanğın olması barədə məlumat daxil olmamışdır.
Geri

29 mart 2018-ci il saat 12:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunda 1 nəfər azyaşlının barmağında metal halqanın sıxılıb qalması barədə məlumat daxil olmuşdur. Şimal Regional Mərkəzinin xilasediciləri halqanın müvafiq qaydada çıxarılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.​

Geri

29 mart 2018-ci il saat 03:00-dək:

Cəlilabad rayonu, Maşlıq kəndində ümumi sahəsi 135 m2 olan mağazanın yanar konstruksiyaları 15 m2 sahədə və 3 ədəd məişət avadanlığı yanmışdır. Mağazanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

29 mart 2018-ci il saat 01:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır. ​