Bakı şəhəri, Səbail rayonunda “İran Khodro” markalı minik avtomobilinin mühərrikində elektrik naqilləri yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.
Beyləqan rayonu, Şərq kəndində ümumi sahəsi 75 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 50 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Nizami rayonunda 3 nəfər azyaşlı giriş qapısının kilidinin sınması nəticəsində evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qapının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.