Geri

08 dekabr 2018-ci il saat 09:00-dək:

Bakı şəhərinin Sabunçu rayonunda 2 mərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 20 m² olan otağın yanar konstruksiyaları yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Bakı şəhərinin Qaradağ rayonunda yarımstansiyanın ərazisində ümumi sahəsi 60 m² olan tikilinin içərisində quraşdırılmış 2 ədəd paylayıcı açar və çıxış kabeli 2 p.m yanmışdır. Digər paylayıcı açarlar yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Şəmkir rayonunda 35 ton ot bağlamasının 30 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Şəmkir rayonunda ümumi sahəsi 250 m² olan birmərtəbəli 6 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 65 m² sahədə, yaxınlıqda tikilmiş ümumi sahəsi 200 m² olan ikimərtəbəli köməkçi tikilinin 1-ci mərtəbəsinin mətbəxində 1 ədəd məişət avadanlığı və 1 ədəd divan yanmış, yüksək temperaturdan evə bitişik talvarın lambirdən ibarət tavanı 60 m² sahədə ərimişdir. Evin, talvarın qalan hissəsi və köməkçi tikili yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonunda qurutma məntəqəsinin ərzisində qurğuda olan 1 ton biyan kökünün 500 kiloqramı yanmışdır. Biyan kökünün qalan hissəsi, digər qurğular və tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

08 dekabr 2018-ci il saat 02:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.​