Geri

07 dekabr 2017-ci il saat 20:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində “KAMAZ” markalı yük avtomobili və "VAZ" markalı minik avtomobili toqquşmuşdur. Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfər sərnişin, 1985-ci il təvəllüdlü Nəsibov Zaur Musa oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

07 dekabr 2018-ci il saat 16:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.​

Geri

07 dekabr 2018-ci il saat 14:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.