Geri

28 dekabr 2018-ci il saat 16:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır;

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.​

Geri

28 dekabr 2018-ci il saat 14:00-dək:

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində 9 ədəd elektrik açarı və 3 p.m elektrik naqilləri, bitişik digər yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində 3 p.m elektrik naqilləri yanmışdır. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.​

Geri

28 dekabr 2018-ci il saat 08:30-dək:

Balakən rayonunun Şərif kəndində ümumi sahəsi 30 m² olan köməkçi tikilinin və ümumi sahəsi 35 m² olan talvarın yanar konstruksiyaları yanmışdır. Yüksək temperaturdan talvara bitişik birmərtəbəli evin eyvanının tavanı 4 m² sahədə qarsalanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 30 m² olan tikilinin (çörəkbişirmə sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı bina yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Tərtər rayonunun Cəmilli kəndində ümumi sahəsi 56 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 28 m² sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Lənkəran şəhərində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 60 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

28 dekabr 2018-ci il saat 04:00-dək:

Saatlı rayonunun Potubəyli kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 30 m² sahədə və ev əşyaları qismən yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.