Geri

28 dekabr 2018-ci il saat 14:00-dək:

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində 9 ədəd elektrik açarı və 3 p.m elektrik naqilləri, bitişik digər yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində 3 p.m elektrik naqilləri yanmışdır. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.​

Geri

28 dekabr 2018-ci il saat 08:30-dək:

Balakən rayonunun Şərif kəndində ümumi sahəsi 30 m² olan köməkçi tikilinin və ümumi sahəsi 35 m² olan talvarın yanar konstruksiyaları yanmışdır. Yüksək temperaturdan talvara bitişik birmərtəbəli evin eyvanının tavanı 4 m² sahədə qarsalanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 30 m² olan tikilinin (çörəkbişirmə sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı bina yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Tərtər rayonunun Cəmilli kəndində ümumi sahəsi 56 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 28 m² sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Lənkəran şəhərində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 60 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

28 dekabr 2018-ci il saat 04:00-dək:

Saatlı rayonunun Potubəyli kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 30 m² sahədə və ev əşyaları qismən yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.