Geri

27 dekabr 2018-ci il saat 19:30-dək:

Bakı şəhərinin Nəsimi rayonunda “Port Baku” yaşayış kompleksinin 4-cü mərtəbəsində mənzildə elektrik naqillərində qısaqapanma nəticəsində tüstülənmə baş vermişdir. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğın bölmələri tərəfindən tüstülənmənin qarşısı alınmışdır. Hadisə zamanı 2 nəfər tüstüdən zəhərlənmişdir.

Geri

27 dekabr 2018-ci il saat 18:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Quba rayonunda “KamAZ” markalı yük avtomobili yol kənarına aşmışdır. Hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

27 dekabr 2018-ci il saat 18:30-dək:

Tovuz rayonunun Böyük Qışlaq kəndində ümumi sahəsi 230 m² olan ikimərtəbəli  6 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü 105 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

27 dekabr 2018-ci il saat 17:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nəsimi rayonunda yerləşən “Port Baku” yaşayış kompleksindəki mənzildə yanğın olması barədə məlumat daxil olmuşdur. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür. Əlavə məlumat veriləcək.

Geri

27 dekabr 2018-ci il saat 14:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açmış və orada aşkarlanan 1979-cu il təvəllüdlü Qurbani Həmid Əjdər oğlunun meyitini aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

27 dekabr 2018-ci il saat 12:15-dək:

Bakı şəhərinin Yasamal rayonunda traktor qoşqusunun yanar hissələri yanmışdır. Yüksək temperaturdan yaxınlıqda dayanmış “Hyundai” markalı minik avtomobilinin arxa buferi və “Mitsubishi” markalı minik avtomobilinin qabaq buferi qismən ərimişdir. Avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

27 dekabr 2018-ci il saat 12:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

27 dekabr 2018-ci il saat 09:00-dək:

Bakı şəhərinin Sabunçu rayonunda bir dam altında tikilmiş, ümumi sahəsi 40 m² olan 1 otaqlı evin yanar konstruksiyaları 25 m² sahədə və ümumi sahəsi 30 m² olan 2 otaqlı evin yanar konstruksiyaları 15 m² sahədə yanmışdır. Yanğın zamanı 4 nəfər xəsarət almışdır. Evlərin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 50 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

27 dekabr 2018-ci il saat 01:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.