Geri

16 dekabr 2018-ci il saat 19:30-dək:

Astara rayonunun Şahağac kəndi yaxınlığında dənizdə (təxminən 13 km dənizin içinə doğru) taxta qayıqda köməksiz vəziyyətdə qalmış 3 nəfər Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində xilas olunmuşdur. Xilas olunan şəxslər gəmi ilə sahilə gətirilmişdir.​

Geri

16 dekabr 2018-ci il saat 18:30-dək:

Ağdaş rayonunun Qaradeyin kəndində həyətyanı sahəyə yığılmış 8,5 ton ot bağlamasının 6 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

16 dekabr 2018-ci il saat 16:30-dək:

Astara rayonunun Şahağac kəndi yaxınlığında dənizdə (təxminən 13 km dənizin içinə doğru) taxta qayıqda köməksiz vəziyyətdə qalmış 3 nəfər (balıqçı) xilas olunmuşdur. Balıqçıların olduğu qayıq Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən yedəyə alınaraq sahilə gətirilir.​

Geri

16 dekabr 2018-ci il saat 16:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Astara rayonunun Şahağac kəndi yaxınlığında dənizdə (təxminən 13 km dənizin içinə doğru) 3 nəfərin (balıqçılar) taxta qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən Nazirliyin aidiyyəti strukturları və digər dövlət qurumları məlumatlandırılmışdır. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gözətçi gəmisi qeyd olunan əraziyə cəlb olunmuşdur. Əlavə məlumat veriləcək.​

Geri

16 dekabr 2018-ci il saat 08:00-dək:

Cəlilabad rayonunda ümumi sahəsi 220 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 12 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

16 dekabr 2018-ci il saat 01:00-dək:

Şabran rayonunun Ağalıq kəndində ümumi sahəsi 78 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin tavanı 3 m² sahədə və içərisində 1 ədəd qaz balonu yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonunun Niyazabad kəndində ümumi sahəsi 128 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin 1 otağının tavanı 4 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.