Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 50 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisində 2 ədəd məişət avadanlığı yanmışdır. Yaxınlıqdaki ev yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.
Goranboy rayonunun Zeyvə kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konustruksiyaları 30 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.
Kürdəmir rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evdə yanğınla nəticələnən partlayış baş vermişdir. Nəticədə evin 1 otağında 1 ədəd çarpayı və kondisioner yanmış, otaqların qapı və pəncərə çərçivələri dağılmışdır. Hadisə yerinin kəşfiyyatı zamanı ev sahibi, 1966-cı il təvəllüdlü Rəhimova Bəyim Əlirza qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilmişdir.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.
Ucar rayonunda Qaradağlı kənd orta məktəbin yerləşdiyi ümumi sahəsi 500 m² olan birmərtəbəli binada sinif otaqlarından birinin qamışdan ibarət arakəsmə divarı 15 m² sahədə yanmışdır. Məktəbin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.
Tərtər rayonunun Qaradağlı kəndində “PAT OİL” yanacaqdoldurma məntəqəsinin ərazisində yanacaqdaşıyan avtomobildən tutumu 60 ton olan yeraltı yanacaq çəninə benzin yanacağı doldurularkən çənin üst qapağında partlayış nəticəsində alışma baş vermişdir. Nəticədə çənin üst hissəsi, üzərində quraşdırılmış, ümumi sahəsi 120 m² olan talvar və 15 p.m elektrik kabeli yanmışdır. Hadisə zamanı yanacaqdoldurma məntəqəsində işləyən 5 nəfər müxtəlif dərəcəli xəsarətlər almışdır. Yanacaqdoldurma məntəqəsinin ərazisində olan yanacaqla dolu yeraltı çənlər və digər avadanlıqlar yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddət ərzində söndürülmüşdür.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Salyan rayonunda bir dam altında tikilmiş (mərtəbələrarası örtük taxta konstruksiyalardan, tavanı qamışdan ibarət), ümumi sahəsi 220 kv.m olan (hər mərtəbəsi 110 m²) ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 4 otağın yanar konstruksiyaları, dam örtüyü və ev əşyaları 110 m² sahədə və ümumi sahəsi 140 m² olan (hər mərtəbəsi 70 m²) 6 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları, dam örtüyü və ev əşyaları 56 m² sahədə yanmışdır. Evlərin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 6 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 4 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.