Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 10 m² olan tikiliyə (dönərxana kimi fəaliyyət göstərir) bitişik 2 ədəd soyuducu və 0.5 m² sahədə reklam lövhəsi yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;
Hacıqabul rayonunda "QAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.