Şəmkir rayonunun Zəyəm qəsəbəsində həyətyanı sahəyə yığılmış 10 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;
Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli binanın (ticarət mərkəzi kimi fəaliyyət göstərir) zirzəmisində ümumi sahəsi 150 m² olan restoranın yanar konstruksiyaları 30 m² sahədə yanmışdır. Restoranın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 1000 m2 olan tikilinin (taxta sexi kimi fəaliyyət göstərir) içərisində gözətçi otağının yanar konstruksiyaları 30 m2 sahədə yanmışdır. Yanğının kəşfiyyatı zamanı 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunmuşdur. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;
Masallı rayonunun Bədəlan kəndində ümumi sahəsi 356 m² olan ikimərtəbəli 9 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 100 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.