Masallı rayonunun Bədəlan kəndində ümumi sahəsi 356 m2 olan ikimərtəbəli 9 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 25 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Balakən rayonunun Talalar kəndində ümumi sahəsi 72 m2 olan birmərtəbəli iki otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikili yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.