Geri

27 oktyabr 2018-ci il saat 21:15-dək:

Sabirabad rayonunun Moranlı kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 2 otaqlı (tikintisi başa çatmamışdır) evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanmışdır. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Geri

27 oktyabr 2018-ci il saat 18:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.​
Geri

27 oktyabr 2018-ci il saat 18:30-dək:

Tərtər rayonunun Köçərli kəndində həyətyanı sahəyə yığılmış 8 ton ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

27 oktyabr 2018-ci il saat 14:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.