Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.
Tovuz rayonunun Qovlar şəhərində ümumi sahəsi 30 m2 olan tikilinin (daş sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları, içərisinə yığılmış rezin qəliblər və yaxınlıqda olan 6 ədəd ağac yanmışdır. Tikiliyə bitişik talvar yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.