Geri

18 oktyabr 2018-ci il saat 11:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sabirabad rayonunun Xəlfəli kəndində 1988-ci il təvəllüdlü Gülbalayev Natiq Mikayıl oğlunun meyitinin tapılaraq su kanalından çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olmuşdur. Hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri N.Gülbalayevin meyitini sudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

18 oktyabr 2018-ci il saat 08:00-dək:

Abşeron rayonunda ümumi sahəsi 30 m2 olan dəmir konstruksiyadan ibarət tikilinin taxta üzlüyü və yaxınlıqda 2 m3 taxta materialları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Gəncə şəhərində ümumi sahəsi 50 molan tikilinin (fəaliyyət göstərməyən çay evi) giriş qapısı və içərisində avtomobil təkəri yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Hacıqabul rayonunun Meyniman kəndində ümumi sahəsi 75 m2 olan talvarın yanar konstruksiyaları 2 m2 sahədə və talvarın altına yığılmış 10,5 ton ot bağlamasının 1,5 tonu yanmışdır. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 80 m2 olan tikilinin (kafe kimi fəaliyyət göstərir) mətbəxinin və dəhlizinin lambirdən ibarət tavanı 22 msahədə, mətbəx mebeli 2 msahədə yanmış, yüksək temperaturdan plastik qapı qismən ərimişdir. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

18 oktyabr 2018-ci il saat 02:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin barmağında dəmir halqanın sıxılaraq qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri halqanın müvafiq qaydada çıxarılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır;

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.