Geri

14 oktyabr 2018-ci il saat 18:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 5 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

14 oktyabr 2018-ci il saat 17:00-dək:

Xaçmaz rayonunun Qaraçı kəndində 6 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

14 oktyabr 2018-ci il saat 07:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Hacıqabul rayonunda "Shacman" və “Kamaz” markalı iki yük avtomobili toqquşmuşdur. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Shacman" markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

14 oktyabr 2018-ci il saat 05:15-dək:

Neftçala rayonunda "Kia" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Ucar rayonunun Alpout kəndində ümumi sahəsi 40 m² olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 4 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Salyan rayonunun Xələc kəndində həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.