Geri

13 oktyabr 2018-ci il saat 14:35-dək:

Bakı şəhərinin Yasamal rayonunda "MAN" markalı yük avtomobilinin kabinə hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi və banına yüklənmiş taxta məmulatları yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

13 oktyabr 2018-ci il saat 13:00-dək:

Abşeron rayonunda “QAZ” markalı xüsusi təyinatlı avtomobilin qabaq təkəri yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

13 oktyabr 2018-ci il saat 11:15-dək, ilkin məlumata əsasən:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Yuxarı Qarabağ kanalının Beyləqan rayonunun Eyvazalılar kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batdığı ehtimal olunur. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunmuşdur. Əlavə məlumat veriləcək.

Geri

13 oktyabr 2018-ci il saat 10:00-dək:

Şamaxı şəhərində “VAZ” markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

13 oktyabr 2018-ci il saat 08:15-dək:

Zaqatala rayonunun Dağlı kəndində ümumi sahəsi 60 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılmış 3 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonunun Aşağı Avşar kəndində ümumi sahəsi 280 m² olan tikilinin (çilingər sexi kimi fəaliyyət göstərir) içərisində 9 m² sahədə taxtadan ibarət otağın yanar konstruksiyaları və avtomobil şinləri yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

13 oktyabr 2018-ci il saat 08:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.​