Sabirabad rayonunun Qəzli kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli 5 otaqlı evin 4 otağının yanar konstruksiyaları və dam örtüyü 140 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;
Gəncə şəhərində "Scania" markalı yük avtomobilinin sol ön təkəri və kabinası yanmışdır. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti almışdır. Avtomobilin yük hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Yevlax şəhərinin Aran qəsəbəsində “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.