Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bərdə rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 2002-ci il təvəllüdlü şəxs dəmir yolu xəttində hərəkətsiz dayanmış qatarın üstündə olan zaman elektrik naqilinə toxunmuş və cərəyan vurması nəticəsində xəsarət almışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Halsız vəziyyətdə olan vətəndaş xilasedicilərin köməkliyi ilə aşağı endirilmiş və hadisə yerinə cəlb olunmuş həkim briqadasına təhvil verilmişdir. Əməliyyat başa çatmışdır.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.
Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 80 m2 olan 3 otaqlı tikintisi başa çatmamış evin dam örtüyünün yanar konstruksiyaları 20 m2 sahədə, içərisinə yığılmış taxta tullantıları 10 m2 və bitişik ümumi sahəsi 120 m2 olan evin dam örtüyünün yanar konstruksiyaları 2 m2 sahədə yanmışdır. Evlərin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.
Biləsuvar rayonu, İsmətli kəndində ümumi sahəsi 156 m2 olan ikimərtəbəli 5 otaqlı evin 1 otağının tavanı 10 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında qalmışdır. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin ünvana gələrək qapının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.
Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda “Daewoo” markalı avtobus ilə Motosikletin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtobusun altında sıxılmış vəziyyətdə qalmış motosikletin sürücüsünün cəsədini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.