Geri

31 avqust 2017-ci il saat 20:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində mənzildə termometr sınmış və daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 20:25-də başa çatmışdır.

Geri

31 avqust 2017-ci il saat 19:30-dək:

Qax rayonu, Almalı kəndində ümumi sahəsi 218 m2 olan tövlənin yanar konstruksiyaları 120 m2  və çardağına yığılmış 32 ton ot bağlamasının 16 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 avqust 2017-ci il saat 16:40-dək:

Salyan rayonu, Xələc kəndində ümumi sahəsi 50 m2 olan talvarın yanar konstruksiyaları və altında yığılmış 5 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 avqust 2017-ci il saat 16:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 14:59-da başa çatmışdır.

Geri

31 avqust 2017-ci il saat 15:00-dək, ilkin məlumata əsasən:

Oğuz rayonunun Xaçmaz kəndində meşə zolağında yanğın olması barədə məlumat daxil olmuşdur. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğında Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası əraziyə cəlb olunmuş və yanğınsöndürmə işlərinə başlamışdır. Əlavə məlumat veriləcək.

Geri

31 avqust 2017-ci il saat 14:50-dək:

Ağdaş rayonu, Aşağı Ləki kəndində ümumi sahəsi 160 m2 olan kürsülü birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 110 m2 sahədə yanmışdır. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 avqust 2017-ci il saat 14:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Lənkəran şəhərində 2 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Cənub Regional Mərkəzin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşlara müvafiq köməklik göstərmişlər. Əməliyyat saat 13:18-də başa çatmışdır.

Geri

31 avqust 2017-ci il saat 13:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Sumqayıt Regional Mərkəzin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlıya müvafiq köməklik göstərmişlər. Əməliyyat saat 12:26-da başa çatmışdır.
Geri

31 avqust 2017-ci il saat 08:00-dək:

Lənkəran rayonu, Göyşaban kəndində 6 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba magistral avtomobil yolunun 84–cü km-də Siyəzən rayonu ərazisində “Ford” və “MAN” markalı iki yük avtomobilinin toquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi baradə məlumat daxil olmuşdur. Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq “MAN” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış 1962-ci il təvəllüdlü Sederenko Viktor Andreyeviçin cəsədini çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 03:30-da başa çatmışdır.

Geri

31 avqust 2017-ci il saat 05:30-dək:

Şəki rayonu, Baş Şabalıd kəndində ümumi sahəsi 110 m2 olan tövlənin yanar konstruksiyaları və damına yığılmış 6 ton ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

 

 

Geri

31 avqust 2017-ci il saat 01:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşa müvafiq köməklik göstərmişlər. Əməliyyat saat 23:30-da başa çatmışdır.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:59-də başa çatmışdır.