Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Lənkəran şəhərində 2 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Cənub Regional Mərkəzin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşlara müvafiq köməklik göstərmişlər. Əməliyyat saat 13:18-də başa çatmışdır.
Lənkəran rayonu, Göyşaban kəndində 6 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba magistral avtomobil yolunun 84–cü km-də Siyəzən rayonu ərazisində “Ford” və “MAN” markalı iki yük avtomobilinin toquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi baradə məlumat daxil olmuşdur. Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq “MAN” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış 1962-ci il təvəllüdlü Sederenko Viktor Andreyeviçin cəsədini çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 03:30-da başa çatmışdır.
Şəki rayonu, Baş Şabalıd kəndində ümumi sahəsi 110 m2 olan tövlənin yanar konstruksiyaları və damına yığılmış 6 ton ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşa müvafiq köməklik göstərmişlər. Əməliyyat saat 23:30-da başa çatmışdır.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:59-də başa çatmışdır.