Biləsuvar rayonunda ümumi sahəsi 80 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 25 m2 sahədə və içərisinə yığılmış 1 ton ot bağlamasının 300 kiloqramı yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 14:20-də başa çatmışdır;
Göyçay rayonu, Bığır kəndində ümumi sahəsi 32 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 8,5 ton ot bağlamasının 2,5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 2 azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşlara müvafiq köməklik göstərmişdir. Əməliyyat saat 14:39-da başa çatmışdır.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qəbələ rayonunun Tikanlı kəndində meşə zolağında baş vermiş yanğınlar nəzarətə götürülüb. Yanğınların yayılmasının qarşısı alınıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası tərəfindən söndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
28 avqust 2017-ci il tarixində Quba rayonunun Əsgi İqrığ kəndində meşəlik ərazidə itkin düşmüş Quba rayon sakini 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu bu gün saat 09:45-də FHN-nin Şimal regional mərkəzinin xilasediciləri tərəfindən tapılmışdır. Uşağın vəziyyəti normaldır. O, aidiyyəti üzrə təhvil verilmişdir. Qeyd edək ki, N.Əliyevin axtarışlarında FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin müvafiq axtarış-xilasetmə qüvvələri iştirak etmişdir.
Əliyev Natiq Namiq oğlunun meşədə xilasedicilər tərəfindən tapılmasının operativ çəkilişi