Geri

30 avqust 2017-ci il saat 11:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qəbələ rayonunun Tikanlı kəndində meşə zolağında baş vermiş yanğınlar nəzarətə götürülüb. Yanğınların yayılmasının qarşısı alınıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası tərəfindən söndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Geri

30 avqust 2017-ci il saat 10:00-dək (VİDEO):

28 avqust 2017-ci il tarixində Quba rayonunun Əsgi İqrığ kəndində meşəlik ərazidə itkin düşmüş Quba rayon sakini 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu bu gün saat 09:45-də FHN-nin Şimal regional  mərkəzinin xilasediciləri tərəfindən tapılmışdır. Uşağın vəziyyəti normaldır. O,  aidiyyəti üzrə təhvil verilmişdir. Qeyd edək ki, N.Əliyevin axtarışlarında FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin müvafiq axtarış-xilasetmə qüvvələri iştirak etmişdir.

 

Əliyev Natiq Namiq oğlunun meşədə xilasedicilər tərəfindən tapılmasının operativ çəkilişi

Geri

30 avqust 2017-ci il saat 02:30-dək:

Tovuz rayonu, Ağbulaq kəndində 10 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.