Şəmkir rayonu, Düzqışlaq kəndində ümumi sahəsi 36 m² olan tövlənin çardağının yanar konstruksiyaları və yaxınlıqda 10 m² sahədə quru ot yanmışıdır. Tövlənin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Zaqatala rayonu, Mosul kəndində ümumi sahəsi 60 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə və damına yığılmış 5 ton ot bağlamasının 1,5 tonu yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Sabunçu rayonunda 20 m² sahədə taxta tullantları və quru ot yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Abşeron rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində sahəsi 20 m² olan otağında 8 m² sahədə ev əşyaları və 1 ədəd divan yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 28 avqust 2017-ci il tarixində Oğuz rayonunun Xaçmaz kəndində və Qəbələ rayonunun Duruca və Tikanlı kəndlərində meşə zolağında yanğınlar baş vermişdir. Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, həmçinin Aviasiya dəstəsinin 1 ədəd yanğınsöndürmə helikopteri söndürmə işlərinə cəlb olunmuşdur. Duruca kəndində meşə ağacları və kol-kos 1 ha sahədə yanmışdır. Yanğın saat 20:53-də söndürülmüşdür. Qalan ərazilərdə söndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
Oğuz rayonunun Xaçmaz kəndində 3 ha ərazidə quru ağaclar və kol kos yanmışdır. Meşə ərazisi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:22-də söndürülmüşdür. Qeyd edək ki, yanğın 28 avqust 2017-ci il tarixində başlamışdır. Yanğınsöndürmə işlərinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülkü müdafiə qoşunlarının şəxsi heyəti cəlb olunmuşdur.
Qazax rayonu, Cəfərli kəndində 30 ha quru ot və kol-kos yanmışdır. Ətraf ərazilər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Ağsu rayonu, Yenilik kəndində ümumi sahəsi 126 m2 olan tövlənin yanar konstruksiyaları və damına yığılmış 30 ton ot bağlamasının 22,5 tonu yanmışdır. Yanğın zamanı tövlənin içərisində olan 2 baş iribuynuzlu (dana), 2 baş xırdabuynuzlu (qoyun, keçi) yanaraq tələf olmuşdur. Otun qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Qax rayonu, Ləkit Kötüklü kəndində 13 ton ot tayasının 6 tonu yanmışdır. Ot tayasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşa müvafiq köməklik göstərmişdirlər. Əməliyyat saat 01:56-da başa çatmışdır.
Şəki şəhərində “Qazel” markalı yük avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılmışdır. Nəticədə avtomobilin kabinəsi və mühərrikində elektrik avadanlıqları yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.