Geri

29 avqust 2017-ci il saat 16:00-dək:

Bakı şəhərinin Binəqədi rayonu ərazisində 100 m² sahədə məişət tullantıları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

29 avqust 2017-ci il saat 14:45-dək:

Biləsuvar rayonu, Aşağı Cürəli kəndində ümumi sahəsi 150 m² olan ikimərtəbəli 8 otaqlı evin çardağı 50 m² sahədə və 1-ci mərtəbəsinə yığılmış 6 ton ot bağlamasının 2 tonu yanmışdır. Evin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

29 avqust 2017-ci il saat 14:30-dək:

Şəmkir rayonu, Düzqışlaq kəndində ümumi sahəsi 36 m² olan tövlənin çardağının yanar konstruksiyaları və yaxınlıqda 10 m² sahədə quru ot yanmışıdır. Tövlənin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonu, Mosul kəndində ümumi sahəsi 60 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə və damına yığılmış 5 ton ot bağlamasının 1,5 tonu yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda 20 m² sahədə taxta tullantları və quru ot yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində sahəsi 20 m² olan otağında 8 m² sahədə ev əşyaları və 1 ədəd divan yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 avqust 2017-ci il saat 14:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və Nəcəfov Fəxrəddin Fərman oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 11:54-də başa çatmışdır.​
Geri

29 avqust 2017-ci il saat 12:30-dək, ilkin məlumata əsasən:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 28 avqust 2017-ci il tarixində Oğuz rayonunun Xaçmaz kəndində və Qəbələ rayonunun Duruca və Tikanlı kəndlərində meşə zolağında yanğınlar baş vermişdir. Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, həmçinin Aviasiya dəstəsinin 1 ədəd yanğınsöndürmə helikopteri söndürmə işlərinə cəlb olunmuşdur.  Duruca kəndində meşə ağacları və kol-kos 1 ha sahədə yanmışdır. Yanğın saat 20:53-də söndürülmüşdür. Qalan ərazilərdə söndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Geri

29 avqust 2017-ci il saat 10:00-dək, ilkin məlumata əsasən:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 28 avqust 2017-ci il tarixində Quba rayonunun Əski İqrığ kəndində 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu itkin düşmüşdür. Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qüvvələri axtarışlara cəlb olunmuşdur. Hələlik axtarış işləri nəticə verməmişdir. Əlavə məlumat veriləcək.
Geri

30 avqust 2017-ci il saat 09:30-dək, ilkin məlumata əsasən:

Oğuz rayonunun Xaçmaz kəndində 3 ha ərazidə quru ağaclar və kol kos yanmışdır. Meşə ərazisi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:22-də söndürülmüşdür. Qeyd edək ki, yanğın 28 avqust 2017-ci il tarixində başlamışdır. Yanğınsöndürmə işlərinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülkü müdafiə qoşunlarının şəxsi heyəti cəlb olunmuşdur.

Geri

29 avqust 2017-ci il saat 08:45-dək:

Qazax rayonu, Cəfərli kəndində 30 ha quru ot və kol-kos yanmışdır. Ətraf ərazilər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 avqust 2017-ci il saat 05:00-dək:

Ağsu rayonu, Yenilik kəndində ümumi sahəsi 126 m2 olan tövlənin yanar konstruksiyaları və damına yığılmış 30 ton ot bağlamasının 22,5 tonu yanmışdır. Yanğın zamanı tövlənin içərisində olan 2 baş iribuynuzlu (dana), 2 baş xırdabuynuzlu (qoyun, keçi) yanaraq tələf olmuşdur. Otun qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qax rayonu, Ləkit Kötüklü kəndində 13 ton ot tayasının 6 tonu yanmışdır. Ot tayasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 avqust 2017-ci il saat 02:40-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşa müvafiq köməklik göstərmişdirlər.  Əməliyyat saat 01:56-da başa çatmışdır.

Geri

29 avqust 2017-ci il saat 00:15-dək:

Şəki şəhərində “Qazel” markalı yük avtomobili  idarəetməni itirərək yol kənarındakı ağaca çırpılmışdır. Nəticədə avtomobilin kabinəsi və mühərrikində elektrik avadanlıqları yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.