Geri

29 avqust 2017-ci il saat 10:00-dək, ilkin məlumata əsasən:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 28 avqust 2017-ci il tarixində Quba rayonunun Əski İqrığ kəndində 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu itkin düşmüşdür. Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qüvvələri axtarışlara cəlb olunmuşdur. Hələlik axtarış işləri nəticə verməmişdir. Əlavə məlumat veriləcək.
Geri

30 avqust 2017-ci il saat 09:30-dək, ilkin məlumata əsasən:

Oğuz rayonunun Xaçmaz kəndində 3 ha ərazidə quru ağaclar və kol kos yanmışdır. Meşə ərazisi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:22-də söndürülmüşdür. Qeyd edək ki, yanğın 28 avqust 2017-ci il tarixində başlamışdır. Yanğınsöndürmə işlərinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülkü müdafiə qoşunlarının şəxsi heyəti cəlb olunmuşdur.

Geri

29 avqust 2017-ci il saat 08:45-dək:

Qazax rayonu, Cəfərli kəndində 30 ha quru ot və kol-kos yanmışdır. Ətraf ərazilər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 avqust 2017-ci il saat 05:00-dək:

Ağsu rayonu, Yenilik kəndində ümumi sahəsi 126 m2 olan tövlənin yanar konstruksiyaları və damına yığılmış 30 ton ot bağlamasının 22,5 tonu yanmışdır. Yanğın zamanı tövlənin içərisində olan 2 baş iribuynuzlu (dana), 2 baş xırdabuynuzlu (qoyun, keçi) yanaraq tələf olmuşdur. Otun qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qax rayonu, Ləkit Kötüklü kəndində 13 ton ot tayasının 6 tonu yanmışdır. Ot tayasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 avqust 2017-ci il saat 02:40-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşa müvafiq köməklik göstərmişdirlər.  Əməliyyat saat 01:56-da başa çatmışdır.

Geri

29 avqust 2017-ci il saat 00:15-dək:

Şəki şəhərində “Qazel” markalı yük avtomobili  idarəetməni itirərək yol kənarındakı ağaca çırpılmışdır. Nəticədə avtomobilin kabinəsi və mühərrikində elektrik avadanlıqları yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.