Qazax rayonu, Cəfərli kəndində 30 ha quru ot və kol-kos yanmışdır. Ətraf ərazilər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Ağsu rayonu, Yenilik kəndində ümumi sahəsi 126 m2 olan tövlənin yanar konstruksiyaları və damına yığılmış 30 ton ot bağlamasının 22,5 tonu yanmışdır. Yanğın zamanı tövlənin içərisində olan 2 baş iribuynuzlu (dana), 2 baş xırdabuynuzlu (qoyun, keçi) yanaraq tələf olmuşdur. Otun qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Qax rayonu, Ləkit Kötüklü kəndində 13 ton ot tayasının 6 tonu yanmışdır. Ot tayasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşa müvafiq köməklik göstərmişdirlər. Əməliyyat saat 01:56-da başa çatmışdır.
Şəki şəhərində “Qazel” markalı yük avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılmışdır. Nəticədə avtomobilin kabinəsi və mühərrikində elektrik avadanlıqları yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.