Geri

02 avqust 2017-ci il saat 06:25-dək:

Abşeron rayonu, Saray qəsəbəsində “Mercedes” markalı minik avtomobilinin su kanalına düşməsi nəticəsində suda batan sürücü, 1978-ci il təvəllüdlü Elnur Elxan oğlu Salmanovun cəsədi dalğıc-xilasedicilər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 05:02-də başa çatmışdır.
Geri

02 avqust 2017-ci il saat 04:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonu, Saray qəsəbəsində “Mercedes” markalı minik avtomobilinin su kanalına düşməsi nəticəsində 1 nəfərin suda batması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuşdur. Əlavə məlumat veriləcək.
Geri

02 avqust 2017-ci il saat 02:00-dək:

Gəncə şəhəri, Kəpəz rayonunda “Ford” markalı yük avtomobilinin mühərrikində elektrik avadanlıqları və salonu yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

02 avqust 2017-ci il saat 00:10-dək:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 22:44-də başa çatmışdır.